Bakı 19˚C Mostly cloudy

Fransaya səfir təyin olunan Leyla Abdullayeva kimdir? - DOSYE

Eksklüziv 16:01 17 okt, 2022
Fransaya səfir təyin olunan Leyla Abdullayeva kimdir?  -  DOSYE

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Fransaya yeni səfir təyin olundu. Bəs, Leyla Abdullayeva kimdir? 

Qazet.az bununla bağlı araşdırma dosyeni sizə təqdim edir:

Leyla Abdullayeva 1981-ci ildə Bakıda doğulub. Əslən Qubadandır. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil alıb. 

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini  vəzifəsində çalışıb. 

2018-ci ildən 2022-ci ilə qədər Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsində işləyib.

Ailəlidir, iki övladı var. Həyat yoldaşı Hüseyn Hüseynov Bolqarıstanda səfir olaraq fəaliyyət göstərir.