"Frayburq"a qarşı oynamayacaq
İdman
16:05 31 okt, 2022
Azərbaycan Premyer Liqasının XII turunda "Şamaxı" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Ağdam təmsilçisindən Qazet.az-a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi MRT müayinəsindən keçib.
Onun diz yan bağlarında dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.
Qeyd edək ki, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib. Ölkə çempionu noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.