Fritaunda yanacaq tankerində partlayış: 108 ÖLÜ
Gündəm
02:11 07 noy, 2021
Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb
Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 108-ə çatıb, daha 92 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.