FTB rusiyalı milyarderin evini mühasirəyə aldı
Gündəm
10:40 20 okt, 2021
2018 -ci ildə ABŞ Deripaska və onun 8 aktivinə qarşı sanksiyalar tətbiq ediblər.

ABŞ Federal Təhqiqat Bürosu rusiyalı milyarder Oleq Deripaskanın Vaşinqtondakı evində axtarış aparır. Hazırda binanın ətrafında Federal Təhqiqat Bürosunun əməkdaşları əraziyə girişi məhdudlaşdırıblar.
QAZET.AZ xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunur ki, iyun ayında ABŞ məhkəməsi rusiyalı iş adamının ona qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi tələbi ilə iddiasını rədd edib.
2018 -ci ildə ABŞ Deripaska və onun 8 aktivinə qarşı sanksiyalar tətbiq ediblər.