Fuad Nağıyev: “Bu gündən turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir”
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesi ilə danışarkən məlumat verib
“Bu gün Azərbaycan turizmində mühüm addım atılır və ilk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir”.
Qazet.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesi ilə danışarkən məlumat verib.
O bildirib ki, bununla əlaqədar ilk dəfə sertifikatlaşdırılmanı həyata keçirəcək orqan təşkil edilib:
“Turizm bələdçisi çox vacib peşədir. Ümumi turizmin inkişafında xüsusi bir hissəni təşkil edir. Ölkədə peşəkar və bilikli bələdçilərə ehtiyac var. Biz beynəlxalq təşkilatlarla birgə müxtəlif dilli bələdçilərinin hazırlanması üçün əməkdaşlıq edirik. Yaradılan sertifikatlaşdırılma orqanı isə bundan sonra təlim və sertifikasiya işini yerinə yetirəcək. Bələdçilərə attestasiya sənədi veriləcək. Bu peşəkar bələdçilərin hazırlanmasında mühüm addımdır”.
O əlavə edib ki, hotellərin də sertifikasiyası uğurla davam edir - 17 hotelə ulduz dərəcəsi verilib.