Fuat Oktay: "Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir”
Gündəm
10:28 26 noy, 2022
“Regional sabitliyin təmin olunması üçün Ermənistanla normallaşma prosesi başlayıb”.
Qazet.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Böyük Millət Məclisinin iclasında deyib.
O bildirib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir.
F.Oktay söyləyib ki, Türkiyə Ermənistanın otuz il işğal altında saxladığı Qarabağın azadlığa qovuşması yolunda Azərbaycann yanında olub: “Ölkəmiz və millətimizin maraqları nəyi tələb edirsə, onu etdik, etməkdəyik. Azərbaycana Vətən müharibəsində ən böyük dəstəyi verdik. Sonra regionda sabitlik üçün Ermənistanla normallaşma prosesini dəstəkləməyə başladıq”.