Fulya Öztürkün xəstəxanadan yeni görüntüləri yayılıb - VİDEO
Fulya Öztürk azərbaycanlı həmkarı Aytən Səfərovanın "Xəbər ertəsi" proqramına canlı qoşularaq hazırda səhhətinin yaxşı olduğunu bildirib
Türkiyəli aparıcı Fulya Öztürkün xəstəxanadan yeni görüntüləri yayımlanıb.
Qazet.az xəbər verir ki, o azərbaycanlı həmkarı Aytən Səfərovanın "Xəbər ertəsi" proqramına canlı qoşularaq hazırda səhhətinin yaxşı olduğunu bildirib. İkinci dəfə virusa yoluxan Fulya, simptomların bir həftə balşadığını deyib:
"Buradan Azərbaycana çoxlu salam göndərirəm. İkinci dəfə koronavirusa yoluxdum. Hazırda səhhətim yaxşıdır.
Təxminən bir həftə əvvəl COVID-19-un simptomları hiss etməyə başladım. Kimsə üzülməsin deyə xəstəliyimi hamıdan gizlətmək istədim, amma mətbuatda yayıldı. Çoxlu baş ağrılarım olurdu. Nəfəs almaqda çətinlik çəkirdim. Lakin indi çox şükr yaxşıyam".