Bakı 2˚C Windy

Fumio Kişida yenidən Yaponiyanın Baş naziri seçilib

Gündəm 13:30 10 noy, 2021

Fumio Kişida yuxarı palatada da 141 səslə Edanonu qabaqlayıb

Fumio Kişida yenidən Yaponiyanın Baş naziri seçilib

Yaponiyada Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişida yenidən ölkənin Baş naziri seçilib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələri parlamentin saytında dərc olunub.

O, aşağı palatada 465 deputatdan 297-nin səsini qazanıb. Konstitusiya Demokratik Partiyasının lideri Yukio Edano isə 108 səs toplayıb.

F.Kişida yuxarı palatada da 141 səslə Y.Edanonu qabaqlayıb.