Futbol matçında yaşananlar: 1 ölü, 100 yaralı
Argentina Super Liqasında "Gimnaziya" - "Boka Xunyors" matçının təxirə salınması azarkeşləri qəzəbləndirib.
Qazet .az xəbər verir ki, oyunun keçirildiyi Xuan Karmelo Zerillo stadionunun ətrafında çoxlu azarkeş zorla stadiona girməyə çalışıb və iki komanda arasında insident yaşanıb.
57 yaşlı keçmiş futbolçu Sezar Qustavo Reqeyronun da stadiondan çıxarkən infarkt keçirib və xəstəxanaya çatana qədər dünyasını dəyişib. Hadisə nəticəsində 100 nəfər yaralanıb.
Stadiondan əks olunan görüntülərdə meydandan atılan bibər qazından çox sayda azarkeş və bəzi futbolçular zərər görüb.
Polislə azarkeşlər arasında toqquşmaya "Gimnaziya" azarkeşlərinin matç biletlərinin mümkün həddən artıq satılması səbəbindən qapılar bağlandıqdan sonra zorla içəri girməyə çalışması səbəb olduğu təxmin edilir.