Bakı 2˚C Sunny

Futbolçu 24 yaşında karyerasını başa vurdu

İdman 16:35 10 okt, 2022
Futbolçu 24 yaşında karyerasını başa vurdu

İngiltərənin "Brayton" klubunda çıxış edən Enok Mvepu 24 yaşında karyerasını başa vurub.

Qazet.az Britaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi ürəyində olan problemə görə bu qərarı verib. Zambiyalı futbolçu sosial şəbəkə hesabında etdiyi paylaşımda həkimlərin məsləhəti ilə karyerasını bitirdiyini bildirib.

Qeyd edək ki, Enok Mvepu "Brayton"a 2021-ci ilin yayında "Zaltsburq"dan transfer olunub. O, Premyer Liqa təmsilçisinin heyətində 27 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.