Bakı 25˚C Sunny

Füzulidə kanalda naməlum kişi meyiti aşkarlandı

Gündəm 00:00 05 iyl, 2022

FHN məlumat yayıb

Füzulidə kanalda naməlum kişi meyiti aşkarlandı

Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə qazet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.