Bakı 9˚C Mostly cloudy w/ showers

Füzulidə partlayış: Xəsarət alanlar var

Cəmiyyət 10:13 09 noy, 2022
Füzulidə partlayış: Xəsarət alanlar var

Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub.

Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.