G20 Sammitində Prezidentin halı pisləşdi
Siyasət
11:57 15 noy, 2022
İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində iştirak edən Argentina Prezidenti Alberto Fernandesin halı pisləşib.
Qazet.az xəbər verir ki, bu barədə Argentina Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o həkimlərə yüksək təzyiq və başgicəllənməsi ilə bağlı müraciət edib.
Həmçinin o da qeyd olunub ki, Prezidentin səhhətində ağırlaşmanın qarşısını almaq üçün diaqnostika aparılır və bu səbəbdən də bu gün keçiriləcək görüşlərdə Argentinanı bu ölkənin XİN rəhbəri Santyaqo Kafyero təmsil edəcək.