G7 ölkələrinin iclası başlayıb
Siyasət
17:27 11 okt, 2022
Ukraynadakı obyektlərə kütləvi zərbələrin endirilməsinin nəticələrini müzakirə etmək üçün G7 ölkələrinin liderlərinin videobağlantı formatında fövqəladə iclası başlayıb.
Qazet.az xəbər verir ki, videokonfransda G7 nümayəndələri ilk növbədə Ukraynada son eskalasiyanın nəticələri məsələsinə baxacaqlar.
İclas iştirakçıları həmçinin enerji sektoru və enerji qiymətləri ilə bağlı məsələləri müzakirə edəcəklər.