Bakı 7˚C Hazy sunshine

Gecə saatlarında atəş açıldı: 1 ölü, 14 yaralı

Gündəm 18:12 13 dek, 2021

Olay Texas ştatının Hyuston şəhəri yaxınlığında baş verib

Gecə saatlarında atəş açıldı:<span style="color:red"> 1 ölü, 14 yaralı</span>

Texas ştatında gecə keçirilən dini mərasim faciəvi sonluqla bitib.

Qazet.az məlumat verir ki, hadisə yerində mərasim iştirakçılarına atəş açılıb. 

Texas ştatının Heris rayonunun polis komissarı Ed Gonzalez bildirib ki, Hyuston şəhəri yaxınlığında silahlı bir şəxsin atəş açması nəticəsində dini mərasimdə 1 nəfəri ölüb, 14-ü isə yaralanıb.

O əlavə edib ki, yaralılardan üçünün vəziyyəti ağırdır. Digərlərinin həyati təhlükəsi yoxdur.

ABŞ-ın bir sıra KİV-ləri iddia edir ki, ən azı 50 nəfər mərasimdə şam yandıran zaman bir minik maşını onlara yaxınlaşıb və avtomobilin içərisindən atəş açmağa başlayıb.

Polisin verdiyi məlumata görə, atəş açılmasının səbəbi və onu törədən şəxs naməlumdur. Hadisə ilə əlaqəli heç kəs saxlanılmayıb.

Polis avtomobil qeydiyyat nişanı olmayan qırmızı rəngli Toyota markalı avtomobilin nəzarət altına götürüldüyünü bildirib.