Gecə sağlamlığa ziyan vurmadan qəlyanaltı etmək olarmı? - DÜZGÜN QİDALANMA
Demək olar ki, hər birimiz gecələr televizor qarşısında qəlyanaltı edirik. Amma çoxlarımız fərqində deyilik ki, belə vərdiş sağlamlığa təsir edə bilər.
Elə məhsullar varmı ki, yuxudan qabaq onları yemək faydalı olsun?
Qazet.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Əgər siz çəkini artıran və qanda şəkərin miqdarını dəyişən gecə qəlyanaltılardan yan keçmək istəyirsinizsə, aşağıdakı məsləhətlərə riayət edin:
1. Maye
Bəzən güclü qəlyanaltı etmək istəyi bir stəkan su və ya ot çayı içməklə təmin edilir.
2. Qaynadılmış yumurta
Bu çox faydalı qəlyənaltıdır. Çünki bir yumurtada 7 q zülal və 0, 5 q karbohidrat var. Bu zaman qanda şəkərin miqdarı dəyişməyəcək. Həmçinin, yuxudan qabaq güclü aclıq hiss edirsinizsə, yumurta salatı yeyə bilərsiniz biraz. Onu hazırlamaq üçün sizə 6 xırda hissələrə bölünmüş qaynadılmış yumurta, bir xörək qaşığı mayonez, bir çay qaşığı xardal, duz və bibər lazımdır.
3. Süd məhsulları
Gecə qəlyanaltı üçün tərkibində çoxlu miqdarda kalsium və zülal olan bir balaca dilim pendir yaxşı variant ola bilər. Həmçinin, bir stəkanda 3 q karbohidrat və 30 q zülal olan kəsmik də uyğun gələr. Lakin bu zaman müəyyən səbəblərdən zülalın istifadəsində məhdudiyyətləri nəzərə almaq lazımdır.
4. Qoz
Bir ovuc badam, araxis yaxud yunan qozunda çoxlu miqdarda vitaminlər, minerallar və faydalı yağlar var. Badam həmçinin E vitamini ilə, yunan qozları omeqa-3 yağ turşuları ilə zəngindir. Qozun faydasına rəğmən, ondan sui-istifadə etmək olmaz, çünki çəkini artıra bilər.
Düzgün qidalanma üzrə məsləhətlər:
- öz qida rasionunuzu düzgün planlaşdırın, yemək vaxtı tələsməyin və ondan zövq alın;
- televizor qarşısında, yemək vaxtı, sükan arxasında və s. yayındırıcı hərəkətlər zamanı qəlyanaltı etməyin;
- yataqda və ayaqüstə yeməyin;
- əllərinizlə yeməyin, həmişə qidanı boşqaba qoyun ki, onun miqdarı haqqında məlumatınız olsun;
- şirin içkilər, nektar, sirop, meyvə şirələr, sağlamlaşdırıcı kokteyllər və buna bənzər içkilərdən yan keçin, çünki onlar qanda şəkərin miqdarını dəyişir və aslılıq yaradır;
- əgər sizin güclü yemək istəyiniz varsa, sağlam qəlyanaltını seçin;
- qidanın çəkilməsi və smartfonlardakı xüsusi əlavələr gün ərzində istifadə etdiyiniz kalorini asanlıqla hesablamağa kömək edəcək;
- əgər siz diabetdən əziyyət çəkirsinizsə, kliniki dietoloqa müraciət edin və birlikdə faydalı qəlyanaltı üçün qida rasionunu müəyyən edin.