Gədəbəydə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
23:46 25 okt, 2022

Gədəbəy rayonunun Maarif kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Qazet.az-ın məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən Gədəbəy rayon sakini V.Qasımovu "VAZ-21011" markalı avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.