Gədəbəydə dörd nəfər dəm qazından zəhərləndi
Hadisə
21:09 03 yan, 2023
Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Qazet.az-ın məlumatına görə, 4 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslər rayonun müxtəlif kəndlərinin sakinləri: 1975-ci il təvəllüdlü Mübariz Alıyev, 1995-ci il təvəllüdlü Vüsalə Vəlixanova, 1980-ci il təvəllüdlü Vüsalə Cəfərova və 2006-ci il təvəllüdlü Aydan Cəfərovadır.
Onların vəziyyətinin kafi olduğu bildirilir.