Bakı -1˚C Windy

Gədəbəydə qəza: 83 yaşlı piyada hadisə yerində öldü

Hadisə 05:05 26 okt, 2022
Gədəbəydə qəza: 83 yaşlı piyada hadisə yerində öldü

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1939-cu il təvəllüdlü Vaqif Qasımovu vurub.

83 yaşlı piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynaq