Gələn həftə Vyanada İranla nüvə danışıqları başlayır
Siyasət
16:43 26 noy, 2021
Bu barədə İranın Xarici İşlər Nazirliyin (XİN) sözçüsü Səid Xətibzadə bildirib
ABŞ bütün sanksiyaları birdəfəlik ləğv etməlidir.
Qazet.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyin (XİN) sözçüsü Səid Xətibzadə bildirib.
“Vyana müzakirələrində bütün diqqətimiz İran xalqının əleyhinə tətbiq olunmuş sanksiyaların ləğvinə yönəlib”, - İran XİN-in rəsmisi vurğulayıb.
S. Xətibzadə qeyd edib ki, gələn həftə Vyanada Avropa ölkələri ilə danışıqlara başlanacaq.