Gələn həftədən Ukrayna hərbçilərinə "Petriot"dan istifadə ilə bağlı təlim başlayır
Pentaqon gələn həftədən Ukrayna hərbçilərinə "Petriot"dan zenit-raket komplekslərindən istifadə üçün təlim keçəcək.
Qazet.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu ABŞ-ın Oklahoma ştatının Fort Sill şəhərində "Petriot"dan istifadə üsullarını öyrənməyə başlayacaq.
"Ukraynanın 100-ə qədər əsgərinin təlim prosesində iştirakı gözlənilir və təlim kursu bir neçə ay davam edəcək", - Pentaqon rəsmisi əlavə edib.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya daha 1 milyard dollarlıq yardım elan edib. Bu paket çərçivəsində ABŞ Kiyevə “Petriot” hava hücumundan müdafiə sistemlərinin akkumulyatorunu göndərmək, həmçinin bu hava hücumundan müdafiə sistemini idarə etmək üçün Ukrayna hərbçilərinə təlim keçmək qərarına gəlib.