Gələn il bədən tərbiyəsi və gənclər siyasəti üçün ayrılacaq məbləğ açıqlanıb
İdman
11:50 27 okt, 2021
Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən bədən tərbiyəsi və gənclər siyasəti üçün ayrılacaq vəsait açıqlanıb.
Qazet.az-ın məlumatına görə, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.
Həmin layihəyə əsasən, məbləğ 43 890 288,0 manat təşkil edəcək.
2021-ci ildə isə bədən tərbiyəsi və gənclər siyasəti üçün 53 958 941,0 manat xərclənib.