Gələn il ehtiyata buraxılmış hərbçilərin mənzil kirayəsinə 11 milyon manat xərclənəcək
Gündəm
13:37 27 okt, 2021
Bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb

Gələn ilin dövlət büdcəsindən ehtiyata və ya istefaya buraxılmış hərbçilərin mənzil kirayəsi üçün ayrılan xərclər məlum olub.
Qazet.az xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn il ehtiyata və ya istefaya buraxılmış hərbçilərin mənzil kirayəsi ilə bağlı xərclər üçün 11 792 650,0 manat vəsait ayrılıb.