Gələn il işğaldan azad olunan ərazilərə nə qədər pul xərclənəcək?
Gündəm
12:16 27 okt, 2021
Bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb
Azərbaycanda gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub.
Qazet.az xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.