Bakı -3˚C Windy

Gələn il üçün dövlət büdcəsinin gəlirləri AÇIQLANDI

Gündəm 09:59 25 okt, 2022
Gələn il üçün dövlət büdcəsinin gəlirləri AÇIQLANDI

Gələn il Azərbaycan dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qazet.az-a daxil olan məlumatda bildirilir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Gələn il üçün  dövlət büdcəsinin gəlirləri ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.