Gələn ilin büdcə zərfinin Milli Məclisin iclasında müzakirəyə çıxarılacağı vaxt açıqlanıb
Gündəm
16:44 08 noy, 2021
Gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə noyabrın 16-dan başlanılacaq
Gələn ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında müzakirə ediləcəyi vaxt məlum olub.
Qazet.az xəbər verir ki, bu barədə parlament Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.
O bildirib ki, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə noyabrın 16-dan başlanılacaq.