“Gəlib deyirdilər ki, boş yerə döyüşürsünüz, bütün torpaqları satıblar” - Erməni əsgər
Müharibədə iştirak edən erməni əsgəri düşdükləri çarəsiz vəziyyəti anladıb
“Sentyabrın 27-si səhər yatmışdıq, PUA ilə qərargahı vurduqlarında yatmışdıq, səhər saat 07:15 idi. Əvvəlcə elə bildik ki, zəlzələdir. Lakin görük ki, qərargah yanır, PUA-lar səmada uçur”.
Qazet.az xəbər verir ki, bunu 44 günlük müharibədə iştirak etmiş erməni hərbi qulluqçu Mkrtiç Çobanyan deyib.
Müharibə başlayanda Mkrtiç Çobanyan 10 ayın hərbi qulluqçusu olub.
“Komandir heyətindən həyəcan siqnalı ilə mövqelərə qalxmaq əmri almışıq, lakin çatan kimi görmüşük ki, rəqib artıq ön xətdəki mövqeləri ələ keçirib. Hadrutda qulluq etdiyim zaman motoatıcı bölükdə idim, mənə texnika təhkim edilmişdi. Texnikadan endim ki, gedim silah-sursatı alım. Endikdən qısa zaman sonra onu partlatdılar”, - deyə o bildirib.
Çobanyanın sözlərinə görə, müharibə zamanı Ermənistan ordusunda döyüşməyin mənasız olduğunu söyləyənlər olub.
“Gəlib deyirdilər ki, boş yerə döyüşürsünüz, bütün torpaqları satıblar. Bənzər açıqlamaları qoşundan eşitməmişəm, səfərbərlikdən gəlib deyirdilər, könüllülər deyirdilər”, - deyə erməni hərbi qulluqçu əlavə edib.