Gəncə klubu məşqlərə başladı
İdman
11:10 04 yan, 2023
"Kəpəz" mövsümün ikinci yarısı üçün hazırlıqlara start verib.
Qazet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Gəncədə bir araya gəlib.
Futbolçular gündə iki dəfə olmaqla Məşq keçirlər. Məşqlər ayın 5-nə kimi Gəncədə olacaq. "Sarı-göylər" təlim-məşq toplanışının əsas mərhələsi üçün yanvarın 7-də Türkiyəyə yollanacaqlar.