Gəncə sakini bıçaqlandı
Hadisə
10:00 26 noy, 2022
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Qazet.az-ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Şəhər sakini Maksim Qəhrəmanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin təfərrüatı məlum deyil. Faktla bağlı araşdırma aparılır.