Bakı 2˚C Cloudy

Gəncə terroru zamanı 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs kimi tanınıb

Gündəm 11:54 11 okt, 2022
Gəncə terroru zamanı 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs kimi tanınıb

İstintaq tərəfindən Gəncə şəhəri üzrə 113 dağılmış və ya qəzalı, 522 təmir və ya bərpa olunmalı evə, 73 nəqliyyat vasitəsinə, eləcə də 1 fermer təsərrüfatına baxış keçirilib, ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb”. 

Qazet.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib. 

“Həmçinin müəyyən edilmişdir ki, əmlakına zərər dəymiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin 14.12.2020-ci il tarixli 2343 nömrəli Sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4.959.000 manat kompensasiya ödənilib”.