Bakı 24˚C Sunny

Gəncədə 184 "sosial ev" satılıb

Biznes 20:16 09 mar, 2022

Mənzil əldə etmiş şəxslərin 128-i 22-35 yaş arası, 51-i 36-50 yaş arası, 5-i 50 yaşdan yuxarı olub

Gəncədə 184 "sosial ev" satılıb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncə Yaşayış Kompleksi üzrə satışa çıxardığı 188 mənzildən 184-ü alınıb.

Bu barədə Qazet.az-a MİDA-dan bildirilib.

Məlumata görə, "sosial ev"ə sahib olmuş vətəndaşlardan 5-i onu öz vəsaiti hesabına, 179-u isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Mənzil alanların 46-sı müəllim, 72-si hərbi qulluqçu, 5-i məcburi köçkün və ona bərabər tutulan şəxs, 61-i digər kateqoriyalardan olan şəxslərdir.

Mənzil əldə etmiş şəxslərin 128-i 22-35 yaş arası, 51-i 36-50 yaş arası, 5-i 50 yaşdan yuxarı olub. Alınan mənzillərin 27-si 2 otaqlı, 117-si 3 otaqlı, 40-ı 4 otaqlıdır. İki otaqlıların 24-ü, üç otaqlıların 116-sı, 4 otaqlıların 39-u ipoteka krediti hesabına alınıb.