Bakı 15˚C Mostly sunny

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib

Hadisə 21:57 02 yan, 2023
Gəncədə 4 nəfər dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Qazet.az-ın məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayon bina 1, mənzil 24-də qeydə alınıb.

1956-cı il təvəllüdlü Təhminə Qurbanova, 2005-ci il təvəllüdlü Göhvər Hacıyeva, 1981-ci il təvəllüdlü Sevda Mirəliyeva və 1946-cı il təvəllüdlü Qəzəfər Qəribov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar yaşdıqları evdə dəm qazından zəhərəniblər.