Gəncədə arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Gəncə şəhərində qətl törətməkdə təqsirləndirilən Qafar Amanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Qazet.az-ın xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, bu il mayın 26-da saat 13 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Q.Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Günay Amanovaya xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Q.Amanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.