Bakı 0˚C Cloudy

Gəncədə ata və 4 yaşlı qızı dəm qazından zəhərləndi

Hadisə 17:40 23 yan, 2022

Faktla bağlı araşdırmalara başlanılıb

Gəncədə ata və 4 yaşlı qızı dəm qazından zəhərləndi

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

Qazet.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

Orada yaşayan R.Atamov və onun 4 yaşlı qızı dəm qazından zəhərlənib.

Onlardan körpə xəstəxanaya yerləşdirilib, R.Atamov isə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.