Gəncədə dilənçilər cərimələnib
16 nəfər barəsində isə inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib
Gəncədə tüfeyli həyat tərzi keçirən şəxslər və dilənçilər saxlanılıb.
Daxili İşlər nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Qazet.az-a verilən məlumata görə, Gəncə şəhər Baş polis idarəsinin Nizami rayon polis idarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Təbir zamanı ümumilikdə 27 nəfər saxlanılaraq polis idarəsinı gətirilib. Onlarla profilaktiki söhbətlər aparılılıb, 16 nəfər barəsində isə inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.