Bakı 16˚C Partly sunny

Gəncədə ev yandı

Hadisə 22:03 11 yan, 2023
Gəncədə ev yandı

Gəncədə yanğın hadisəsi baş verib.
 

Qazet.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şahmar Hüseynova məxsus 5 otaqlı 200 kvadratmetr sahəsi olan evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nın yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 190 kv.m hissəsi əşyaları ilə birlikdə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın yanğınsöndürən bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.