Bakı 7˚C Showers

Gəncədə qardaşı arvadını öldürüb, gəlinini və nəvələrini bıçaqlayan şəxsə hökm oxunub

Hadisə 14:32 15 dek, 2021

Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib

Gəncədə qardaşı arvadını öldürüb, gəlinini və nəvələrini bıçaqlayan şəxsə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncədə qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qazet.az Report-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 16-da Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, 66 yaşlı M.Quliyev ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı, Gəncə şəhər sakini, 53 yaşlı Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.

Daha sonra o, qardaşının gəlini, 37 yaşlı Quliyeva Günay Malik qızına, qardaşının nəvələri - 19 yaşlı Quliyeva Sevinc Elnur qızı və 15 yaşlı Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən M.Quliyevin barəsində cinayət məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.4-cü (Qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cəhd) və 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.