Bakı 14˚C Partly sunny

Gəncədə “sosial ev”lərin satışına başlanılır: cibə uyğun şərtlər

Cəmiyyət 11:57 23 noy, 2021

MİDA məlumat yaydı Gəncə şəhərində güzəştli sosial evlər satışa çıxarılıb

Gəncədə “sosial ev”lərin satışına başlanılır: <span style="color:red">cibə uyğun şərtlər</span>

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır.

Bu barədə Qazet.az-a Agentlikdən bildirilib.

Məlumata görə, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksinin 8 saylı binası üzrə 33, 9 saylı binası üzrə 34, 10 saylı binası üzrə 11, 11 saylı binası üzrə 14, 12 saylı binası üzrə 15, 15 saylı binası üzrə 44 və 18 saylı binası üzrə 37 mənzilin, ümumilikdə 188 mənzilin satışı 23 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-a qədər davam edəcək.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

2 otaqlı mənzillərin qiyməti – 48 263 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 63 521 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.