Gəncədə xeyir-şər evində qaz sobasında partlayış olub, xəsarət alan var - YENİLƏNİB
Gəncədə qaz partlayışı mənzildə deyil, bina sakinlərinin ümumi istifadəsində olan xeyir-şər evində baş verib.
Qazet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Qeyd edilib ki, yas mərasimi zamanı aşpaz xanım qaz sobasını yandıran zaman, qazı çox açıb və yandırmağa ləngidiyindən ani alovlanma baş verib. Nəticədə G. Ələkbərova əl və üz nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri alıb.
Hazırda xəstəxanada olan G. Ələkbərovanın vəziyyəti normaldır.
***
Gəncədə evədə partlayış baş verib.
Qazet.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun patlaması nəticəsində yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır