Bakı 9˚C Intermittent clouds

Gəncədə yük vaqonunun üstünə çıxan yeniyetməni elektrik cərəyanı vurdu - YENİLƏNİB

Hadisə 19:53 25 dek, 2022
Gəncədə yük vaqonunun üstünə çıxan yeniyetməni elektrik cərəyanı vurdu - YENİLƏNİB

Gəncədə elektrik cərəyanı vuran 15 yaşlı oğlanla bağlı yeni məlumatlar var.

Qazet.az-ın məlumatına görə, bu gün saat 16:05-də Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda dayanmış yük vaqonunun üstünə çıxan 2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu gərginlik naqillərinə toxunaraq ağır yanıq xəsarəti alıb.

Ərazidə olan ADY əməkdaşlarının çevik dəstəyi ilə xəsarət almış şəxs təcili yardım xidməti ilə saat 16:30-da xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırılma aparılır.

***

Gəncədə 15 yaşlı oğlan yanıq xəsarətləri alıb.

Qazet.az-ın məlumatına görə, hadisə şəhərin dəmiryolu vağzalı adlanan ərazidə vaqonda qeydə alınıb.

2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə oğlana tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, 15 yaşlı E.Cəfərovu elektrik cərəyanı vurması nəticəsində ağır yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.