Bakı 23˚C Sunny

"Gəncənın atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq"

Gündəm 18:34 11 okt, 2021

Qurumun mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

"Gəncənın atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq"

Baş Prokurorluq İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmasının ildönümü ilə bağlı məlumat yayıb. 

Qazet.az xəbər verir ki, qurumun mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

"Ermənistan Silahlı Qüvvələri tərəfindən sülh və insanlıq əleyhinə cinayətlər törədilməklə mülki əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə raket atəşinə tutulub. Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsindən ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq".