Bakı 19˚C Sunny

Gənclər və İdman Nazirliyində kadr islahatları gözlənilir

İdman 15:43 28 okt, 2021

Nazirin sözlərinə görə, çətinliklərimiz olsa da problemləri araşdırmaq lazımdır

Gənclər və İdman Nazirliyində kadr islahatları gözlənilir

“Mənim federasiyalara səfərim piar üçün deyil, görüşlərim araşdırma xarakteri daşıyır".

Qazet.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov bildirib. Onun sözlərinə görə, çətinliklərimiz olsa da problemləri araşdırmaq lazımdır: “Bundan sonra planlama aparmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik. Federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək. Lakin hər şey qəflətən olmur”. Nazir qeyd edib ki, olimpiya komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək: “Olimpiya komplekslərin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.