Bakı 9˚C Windy

Gigi Hadid ile Zeyn Malik ayrıldı

Maraqlı 17:23 29 okt, 2021

Məşhur fələstinli modelin anası Yolanda Hadid Malikin onu təhqir etdiyini iddia edib

Gigi Hadid ile Zeyn Malik ayrıldı

2015-ci ildən bəri "One Direction" qrupunun keçmiş solisti Zeyn Malik və model Gigi Hadidin küsüb barışması sosial medianın gündəmini zəbt edib.

Qazet.az xəbər verir ki, cütlüyün münasibətlərinə son qoyduğu iddia edilib.

Qeyd edək ki, Khai adlı bir yaşlı qızları da var.

Lakin iddialar sadəcə bununla bitməyib.

Cütlüyün ayrılmasına səbəb kimi Zeyn Malikin məşhur modelin ailəsi ilə problemlərinin olduğu iddia edilib.

“ TMZ"-nin xəbərinə görə, Gigi Hadidin anası Yolanda Hadid Malikin onu təhqir etdiyini iddia edib.


Bu ittihamlara cavab verən məşhur müğənni aralarında yalnız şifahi mübahisə olduğunu bildirib, “Yolanda Hadidi vurmağımla bağlı iddiaları rədd edirəm", deyə Malik söyləyib.

"Qızımın xatirinə daha ətraflı məlumat verməkdən imtina edirəm. Ümid edirəm ki, Yolanda ailə məsələlərini şəxsi həyatda həll etmək üçün onun aldadıcı ittihamlarına yenidən baxacaq”.