Bakı 15˚C Mostly sunny

Gimnastlarımızdan uğurlu çıxış

İdman 13:15 28 noy, 2022
Gimnastlarımızdan uğurlu çıxış

Bədii gimnastlarımız Cənubi Koreyada keçirilən “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyindən Qazet.az-a verilən məlumata görə, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəyli və Leyla Əliyevadan ibarət qrup hərəkətləri komandamız 3 lent və 2 top, həmçinin, 5 halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.

Leyli Ağazadə halqa və gürzlərlə hərəkətlərdə qızıl, lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc mükafata sahib olub.