Göbələkdən zəhərlənən uşaqlardan biri də öldü
Hadisə
12:35 20 okt, 2021
Hadisə ötən gün rayonun Tasmalı kəndində qeydə alınıb
Qax rayonunda göbələkdən zəhərlənən uşaqlardan digəri də vəfat edib.
Qazet.az-ın məlumatına görə, 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu Klinik Tibbi Mərkəzin Tokiskologiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə ötən gün rayonun Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı 12 yaşlı Murad Qasımlı və qohumu doqquz yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Daha sonra xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.