Bakı 7˚C Showers

Gömrükçülər yük maşınında zərgərlik məmulatları aşkarladı

Gündəm 19:18 13 dek, 2021

Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb

Gömrükçülər yük maşınında zərgərlik məmulatları aşkarladı

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb.

Qazet.az-ın komitəyə istinadən verdiyi məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, 585 əyarlı qızıldan hazırlanan, ümumi çəkisi 222 qram olan zərgərlik məmulatları - 3 ədəd sancaq, 6 ədəd klon, 7 ədəd üzük, 15 cüt sırğa, 7 ədəd boyunbağı və 26 ədəd qolbaq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.