Goranboy sakininə qarşı dələduzluq edilib
Hadisə
12:35 20 okt, 2021
Dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib
Goranboy şəhər sakininə qarşı dələduzluq edilib.
Bu barədə Qazet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, şəhər sakini Ehtiram Məmmədov bir neçə şəxsin əlbir olaraq ipoteka krediti vasitəsilə ev almaq adı ilə onun 4 min 250 manat məbləğində pulunu ələ keçirməsi və digər qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğuna müraciət edib.
Müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
İstintaqın gedişində Ehtiram Məmmədova dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib.