Goranboyda 18 yaşlı qız dəm qazından zəhərlənib
Hadisə
12:07 18 dek, 2022
![Goranboyda 18 yaşlı qız dəm qazından zəhərlənib](https://qazet.az/resized/fit900x500/center/pages/132936/0c629763-5148-3d29-b808-fe4001a12e6a-850-1.jpg)
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Qazet.az-ın məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.
2004-cü il təvəllüdlü Xədicə Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 18 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.