Bakı 5˚C Mostly cloudy

Goranboyda 2 avtomobil qəzası olub, xəsarət alanlar var

Hadisə 17:19 12 yan, 2022

Faktlarla bağlı araşdırmalara başlanılıb

Goranboyda 2 avtomobil qəzası olub, xəsarət alanlar var

Goranboyda 2 avtomobil qəzası qeydə alınıb, 3 nəfər xəsarət alıb.

Qazet.az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələrindən biri rayonun Xan Qərvənd yolunda baş verib.

Hadisə zamanı Tərtər rayon sakinləri, 1969-cu il təvəllüdlü Seymur Musayev və 1975-ci il təvəllüdlü İbadət Nağıyev müxtəlif bədən xəsarətləri alıblar.

Digər avtomobil qəzası isə Goranboy şəhərində olub. İdarəetmədən çıxan avtomobilin maneəyə çırpılması nəticəsində, 1990-cı il təvəllüdlü Vüsal Şahverdiyev xəsarət alıb. Hər iki hadisə zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktlarla bağlı araşdırmalara başlanılıb.