Bakı 8˚C Windy

Goranboyda evdə partlayış olub: Xəsarət alan var

Hadisə 15:42 18 yan, 2022

Faktla bağlı araşdırma aparılır

Goranboyda evdə partlayış olub: Xəsarət alan var

Goranboy rayonunda evdə qaz sızmasından partlayış olub.

Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü P.Namazova bədənin iki dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 36 yaşlı qadın yaşadığı evin mətbəxində qaz sobasını yandıran zaman partlayış olub.

Faktla bağlı araşdırma aparılır.